“İnteqrasiya olunmuş balanslaşdırılmış innovativ həllər. Dizayndan tam hazır məhsuladək. Hazır məhsuldan layihənin bitməsinə qədər.” Bu bizim müştərilərə vədimizdir.

Argus Limited 35 illik tarixi proqresə malikdir və son 10 ildə MDB və Baltikyanı ölkələrdə boru kəmərlərinin təmiri və tikintisi ilə bağlı bütün möhtəşəm layihələrdə iştirak etmişdir. Bizim yüksək təcrübəli mütəxəssislərdən ibarət olan komandamız yeni boru kəmərlərinin təmiri, baxımı və tikintisi üçün yeni texnologiyaların təqdimatı üçün inteqrasiya edilmiş yanaşmalar üzərində çalışır.

Dünyanın 7 ölkəsində yerləşmiş, müştərilərimiz və layihələrə efektiv və tez cavab vermək üçün lazımi material və avdanlıqdan ibarət olan 11 ofis və 5 anbar mövcuddur.

Biz Gürcüstan və Qafqaz regionunda aşağıdakı boru kəməri xidmətləri təklif edirik:
  • Neft və qaz boru kəmərləri və qurğularının tikintisi üçün tam hazır layihələr.
  • Quru və dəniz boru kəmərlərinin daxili və xarici örtüklənməsi
  • Boru kəmərlərinin yoxlanması – NDT testi
  • Avadanlıq və boru kəmərlərinin qaynaq edilməsi üçün təcrübəli komanda – avtomatik və yarı-avtomatik qaynaq.
  • Neft və qaz kəmərlərinin təmiri və baxımı
  • Boru kəmərlərinin sızıntıdan plomblanması – müvəqqəti və uzun müddətli təmirlər.
  • Boru kəmərlərinin daxili astarlanması
  • Boru kəmərləri üçün korroziyadan müdafiə sistemləri
  • Kadrların təlim və sertifikatlaşması
Şirkət Təqdimatları
ŞİRKƏT HAQQINDA
MÜHƏNDİSLİK VƏ KONSULTASİYA
Canusa-CPS
Waupisoo
SAHƏ ÖRTÜYÜ TƏMİNATI
TANAP PROYEKTİ ÜÇÜN NÜMUNƏ